Abşeronda bağ evinin həyətindən avtomobil qaçırıldı
Hadisə
- 19 iyun, 2020
- 09:11
Abşeronda avtomobil qaçıran şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, iyunun 16-da Abşeron Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Axundov iyunun 10-da Saray qəsəbəsi ərazisindəki bağ evinin həyətindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Cəfərov Şəmkir rayonu ərazisində avtomobili idarə edərkən Baş Dövlət Yol Polisi İdarəsi YPXA-nın əməkdaşları tərəfindən saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Son xəbərlər
22:10
Foto
Video
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda üçüncü qol vurulub - YENİLƏNİB-5
Futbol22:02
Foto
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb
Hadisə21:44
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir
Region21:31
Kanada ABŞ-dən idxal olunan mallara 50%-dək rüsum tətbiq edir
Digər ölkələr21:30
Köçəryanın işi üzrə altı nəfərin həbsi barədə məhkəməyə vəsatətlər verilib - YENİLƏNİB-4
Region21:22
Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Xarici siyasət21:21
Liam Delap "Çelsi"ni "Nottinqem Forest"ə dəyişir
Futbol21:19
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
Xarici siyasət21:18