Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb

Hadisə
  • 06 mart, 2023
  • 04:50
Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb

Abşeronda avtomobilin vurduğu şəxs 10 gün sonra ölüb.

"Report"un xəbərinə görə, hadisə fevralın 23-də Bakı-Şamaxı -Yevlax avtomobil yolunun Abşeron rayon Müşfiqabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Namik Yusif oğlu idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 1961-ci il təvəllüdlü Babayev Elşad Ənvər oğlunu vurub.

Nəticədə piyada E.Babayev xəsarət alıb. O, martın 5-də Kliniki Tibbi Mərkəzində ölüb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə