Abşeronda 5 yaşlı qızı avtomobil vuraraq öldürüb

Hadisə
  • 28 sentyabr, 2018
  • 08:32
Abşeronda 5 yaşlı qızı avtomobil vuraraq öldürüb

Abşeron. 28 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda 5 yaşlı qızı avtomobil vuraraq öldürüb. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Kürdəmir rayon sakini Zahir Məlikov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən qəsəbə sakini - 5 yaşlı Nuran Güləliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.