​Abşeron rayonunda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə
  • 06 fevral, 2015
  • 18:39
​Abşeron rayonunda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 6 fevral. REPORT.AZ/ Axşam saatlarında Abşeron rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas ediblər.

O, aidiyyəti üzrə təhvil verilib.

44 - Tezliklə