"AAAF Park" yaşayış kompleksində fəhlə 11-ci mərtəbədən yıxılaraq ölüb

Hadisə
  • 05 may, 2017
  • 19:02
AAAF Park yaşayış kompleksində fəhlə 11-ci mərtəbədən yıxılaraq ölüb
Courtesy İmage

Bakı. 5 may. REPORT.AZ/ Abşeron rayonunda fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb.

"Report" xəbər verir ki, bədbəxt hadisə Xırdalan şəhərində, "AAAF Park" yaşayış kompleksi ərazisində qeydə alınıb.

Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb.

Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.