Aǧcabədidə 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hadisə
- 28 noyabr, 2025
- 09:16
Aǧcabədidə 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunan Allahşükür Məmmədov saxlanılıb. Onun yaşadıǧı ünvandan satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə metamfetamin aşkarlanıb. A.Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Son xəbərlər
04:25
Moskvada işsizlik səviyyəsi 70 % artıb
Region03:58
Media: CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
Digər ölkələr03:20
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
Digər ölkələr02:38
Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır
Digər ölkələr02:09
Cevdet Yılmaz: Türkiyə və Pakistan münasibətləri getdikcə daha çox əhəmiyyət qazanır
Region01:36
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
Digər ölkələr01:03
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
Hadisə00:55
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir
Region00:24