​75 yaşlı qadın su kanalına yıxılaraq boğulub

Hadisə
  • 27 iyul, 2015
  • 07:35
​75 yaşlı qadın su kanalına yıxılaraq boğulub

Bakı. 27 iyul. REPORT.AZ/ Qazax rayonunun Qarapapaq kəndində kənd sakini, 75 yaşlı Tamella Babayeva ehtiyatsızlıqdan su kanalına yıxılıb. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, T.Babayevanın meyiti Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.