5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə gətirilməsi cəhdinin qarşısı alınıb

Hadisə
  • 21 iyun, 2017
  • 16:21
5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı. 21 iyun. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinə və 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə gətirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən "Report"a verilən məlumata görə, 1978-ci il təvəllüdlü, Salyan şəhər sakini Cəfər Vaqif oğlu Quliyevin üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd sellofan bükülüdə, çəkisi 8.816 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallara əsasən Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb.

44 - Tezliklə