Evlərdən pul və qızıl əşyalar oğurlayan yeniyetmə saxlanılıb

Hadisə
  • 20 iyul, 2019
  • 08:49
Evlərdən pul və qızıl əşyalar oğurlayan yeniyetmə saxlanılıb

4 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, Cəlilabad rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumaat görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi Rayon Polis İdarəsi 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyun-iyul ayları ərzində rayon ərazisindəki 4 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, Cəlilabad rayon sakini olan bir yeniyetmə saxlanılıb.