Otuz altı yaşlı kişini güllələyən şəxsin məhkəməsi başlayır
- 27 fevral, 2020
- 05:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdədə adam güllələməkdə təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Məhəmməd Bağırovun icraatında olan iş üzrə hazırlıq iclası martın 5-də keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib. Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Qəzənfər oğlu Nəcəfov 3 güllə yarası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Hadisəni törətməkdə şübhəli bilinən F.İsmayılov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 228.1 (qanunsuz odlu silah) maddələri ilə ittiham verilib.