Üç uşaq atasını öldürənin şikayəti təmin edilməyib

Hadisə
  • 08 oktyabr, 2019
  • 08:07
Üç uşaq atasını öldürənin şikayəti təmin edilməyib

Sumqayıt Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Xaçmaz sakini Nazim Həsənovun apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Cinayət kollegiyasının qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. N.Həsənov barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, N.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin yanvar ayında Xaçmaz rayonunda baş verib. Rayon sakini N.Həsənov gecə saat 1-də həmyerlisi, 27 yaşlı Həmidov Tamerlan Tərlan oğlunu kafenin qarşısında bıçaqlayaraq öldürüb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Mərhum Tamerlan Həmidov ailəli olub, 3 övlad atası idi.