Bakıda 3 nəfərə qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

Hadisə
  • 13 may, 2019
  • 11:46
Bakıda 3 nəfərə qarşı dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Rzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, 56 yaşlı Sənan Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək 1983-cü il təvəllüdlü E.Rzayev tərəfindən dələduzluqla üzləşdiyini bildirib.

S.Həsənov deyib ki, E.Rzayev onun 192 min manat pulunu alaraq qaytarmayıb.

Daha sonra E.Rzayev saxlanılıb. Məlum olub ki, o daha 2 nəfər qarşı da dələduzluq edib.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

44 filmi