2,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
- 19 fevral, 2019
- 07:12
Bakı. 19 fevral. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 18-də 2,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Salyan rayon sakini E.Soltanovun Yeni Günəşli qəsəbəsi ərazisidə kirayədə yaşadığı mənzildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 408 qrama yaxın marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Hacıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1,8 kiloqrama yaxın heroin götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.