Zlatan İbrahimoviç MLS-də ən yaxşı futbolçu mükafatına namizəd olub

Futbol
  • 01 noyabr, 2018
  • 09:06
Zlatan İbrahimoviç MLS-də ən yaxşı futbolçu mükafatına namizəd olub

Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç MLS-də ən yaxşı futbolçu mükafatına namizəd olub. 

"Report" MLS-in saytına istinadən xəbər verir ki, 37 yaşlı isveçli hücumçu ilə yanaşı, “DC Yunayted”in üzvü Ueyn Runi, "Atlanta Yunayted"dən paraqvaylı yarımmüdafiəçi Migel Almiron və venesuelalı forvard Xosef Martines ən yaxşı oyunçu nominasiyasında namizəd göstəriliblər.  

Bundan əlavə, İbrahimoviç, Runi və "Los-Anceles Qelaksi"nin digər futbolçusu Karlos Vela MLS-də bu mövsümün ən yaxşı debütantı mükafatı üçün də namizəd olublar. 

Qeyd edək ki, Zlatan İbrahimov 2018-ci ilin mart ayında İngiltərənin "Mançester Yunayted" klubundan ayrılaraq "Los-Anceles Qelaksi"yə keçib. Ueyn Runi isə may ayında etibarən “DC Yunayted”də çıxış edir. O, həmçinin ciddi zədələrdən sonra meydanlara dönən futbolçular üçün təsis olunmuş "İlin qayıdışı" mükafatını da ala bilər.