"Zirə" öz meydanında "Sabah"a məğlub oldu
Futbol
- 20 sentyabr, 2020
- 15:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Xulio Sezar Rodrigez 51-ci dəqiqədə fərqlənib. 90+2-ci dəqiqədə isə Kevin Kubemba fərqi artırıb.
Bu nəticədən sonra "Sabah" 6-cı xalını qazanıb, cari mövsüm ilk dəfə məğlub olan "Zirə"nin isə 4 xalı var.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Turun əvvəlki matçlarında "Sumqayıt" evdə "Səbail"i 2:1 hesabı ilə üstələyib, "Qəbələ" - "Keşlə" duelində qol vurulmayıb.
"Zirə" öz meydanında "Sabah"a məğlub oldu
Son xəbərlər
10:41
"Money20/20"-də finalçı kimi yarışacaq
Maliyyə10:40
DSMF 9 ayda 339 mindən çox vətəndaş müraciətini cavablandırıb
Maliyyə10:36
Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir
Xarici siyasət10:36
Foto
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Fərdi10:36
ICMP: DNT texnologiyalarının tətbiqi itkin şəxslərin identifikasiyasını mümkün edib
Xarici siyasət10:29
Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq
Elm və təhsil10:27
Viktor Yuşenko: Ukraynada itkin düşənlər problemi geniş miqyas alıb
Digər ölkələr10:24
August Hanninglə bağlı bəzi xarici media resurslarında Azərbaycanın adının hallandırılması qarayaxmadır - RƏSMİ
Media10:23