"Zirə"nin hücumçusu: "Bütün oyunlarda qalib gəlmək istəyirik"

Futbol
  • 28 mart, 2022
  • 15:14
Zirənin hücumçusu: Bütün oyunlarda qalib gəlmək istəyirik

"Taktiki cəhətdən düzgün oynamaq, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək və bütün oyunlarda qalib gəlmək istəyirik".

"Report"un məlumatına görə, bunu Gürcüstan millisinin futbolçusu Davit Volkov səfərdə Albaniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

Hazırda "Zirə"də çıxış edən 27 yaşlı hücumçu ardıcıl 4 qələbədən sonra yığmada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü bildirib: "Əminəm ki, Albaniya ilə yaxşı yoldaşlıq matçı olacaq. Çalışacağıq ki, bu görüşü qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı ab-havada qarşılayaq".

Albaniya - Gürcüstan qarşılaşması martın 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Davit Volkov hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

44 - Tezliklə