“Zirə”nin futbolçusu rəqibini yumruqla vurduğu üçün cəzalandırılıb

Futbol
  • 23 fevral, 2023
  • 13:31
“Zirə”nin futbolçusu rəqibini yumruqla vurduğu üçün cəzalandırılıb

AFFA “Zirə” və “Sabah” klubunun U-17 komandasının bir futbolçusunu dalaşdığı üçün cəzalandırıb.

“Report” xəbər verir ki, bu barədə qərar İntizam Komitəsinin bu gün baş tutan iclasında verilib.

Xoşagəlməz hadisə U-17 Liqasında “Sabah” – “Zirə” oyununun 75-ci dəqiqəsində yaşanıb. “Zirə”nin futbolçusu İslam Əhmədov rəqibi yumruqla vurduğu üçün qırmızı vərəqə alıb. Həmçinin, “Sabah”ın üzvü Riyad Süleymanov da analoji addımına görə meydançadan qovulub.

Bu davranışlarına görə, hər iki oyunçu 4 oyunluq cəzalandırılıb.

44 - Tezliklə