Azərbaycan Premyer Liqasında XVIII turun rəmzi komandası müəyyənləşib

Futbol
  • 27 fevral, 2019
  • 07:19
Azərbaycan Premyer Liqasında XVIII turun rəmzi komandası müəyyənləşib

Bakı 27 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turunun rəmzi komandası müəyyənləşib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “InStat” şirkətinin təhlili əsasında "11-liy"ə "Zirə"nin 4, "Qarabağ"ın 3, "Qəbələ"nin 2, "Neftçi" və "Keşlə"nin hərəyə 1 futbolçusu düşüb. 

Qapıçı: Kamran Ağayev (“Keşlə”) -2

Müdafiəçilər: Ansi Aqolli (“Qarabağ”) -3, Adrian Skarlatake (“Zirə”), Bəxtiyar Həsənalızadə (“Zirə”), Amin Seydiyev (“Qəbələ”)

Yarımmüdafiəçilər: Mfo Kqasvane (“Zirə”), Dilan Duventru (“Zirə”), Riçard Almeyda (“Qarabağ”) -3, Dani Kintana (“Qarabağ”) -4

Hücumçular: Canluka Sansone (“Neftçi”) -2, Ceyms Adeniyi (“Qəbələ”) -5

Həftənin ən yaxşı oyunçusu isə A.Aqolli seçilib.

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.