"Zirə" minifutbol üzrə Çempionlar Liqasında 1/4 finala yüksəlib

Futbol
  • 25 sentyabr, 2026
  • 16:59
Zirə minifutbol üzrə Çempionlar Liqasında 1/4 finala yüksəlib

"Zirə" minifutbol üzrə Çempionlar Liqasında 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 1/8 finalda Monteneqronun "Sbbet" komandası ilə üz-üzə gəlib.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında "Zirə" daha dəqiq olub - 3:1.

Qeyd edək ki, Azərbaycanın digər komandaları "Birbaşa Bakı" 1/8 finalda, "Aznur" isə qrup mərhələsində mübarizəni dayandırıb.