"Zirə" minifubol üzrə Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-2
- 07 sentyabr, 2023
- 20:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.
"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi pley-offda Slovakiyanın "Hidrokres Preşov" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmada 3:1 hesabı ilə qalib gələn "Zirə" 1/8 finala vəsiqə qazanıb. Daha əvvəl "Birbaşa Bakı" qrup lideri kimi mərhələ adlayıb.
07.09.2023.17:47
Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.
"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi Bolqarıstan "Terra Trak"ına 0:2 hesabı ilə uduzub.
"Zirə" ilk matçında Ukraynanın "Andezit" kollektivinə yenilmişdi - 0:1.
12:55
Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ilk oyununa çıxıb.
"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın "Andezit" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.
"Zirə" bu gün Bolqarıstan "Terra Trak"ı ilə də münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.
Qeyd edək ki, “Birbaşa Bakı” da iki görüş keçirəcək.