"Zirə" komandasının yay hazırlıq planı müəyyənləşib

Futbol
  • 30 may, 2018
  • 08:51
Zirə komandasının yay hazırlıq planı müəyyənləşib

Bakı. 30 may. REPORT.AZ/ "Zirə" futbol komandasının yay hazırlıq planı müəyyənləşib.

Bu barədə "Report"a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. 

Onun sözlərinə görə, komandanın hazırlıq planı iki hissədən ibarət olacaq. Kollektiv ilk olaraq, iyunun 20-də Bakıda toplaşacaq. Paytaxtda iki həftəlik hazırlıq müddətində 2 yoxlama oyunu nəzərdə tutulub. 

Daha sonra "Zirə" Türkiyəyə yollanacaq. Qonşu ölkədəki toplanış müddətində 4-5 yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Zirə" 2017-2018 mövsümünü 4-cü pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazana bilməyib.