"Zirə" klubu monteneqrolu müdafiəçi ilə müqavilə bağlayıb

Futbol
  • 13 iyul, 2019
  • 06:22
Zirə klubu monteneqrolu müdafiəçi ilə müqavilə bağlayıb

“Zirə” yay transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb edib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, monteneqrolu müdafiəçi Miloş Bakraç ilə 1 illik müqavilə bağlanılıb. 

27 yaşlı oyunçu daha əvvəl “Syon”(İsveçrə), “Budnçost” (Monteneqro), “Travnik” (Bosniya və Hersoqovina), “Suteska” (Monteneqro), “Jeljezniçar” (Bosniya və Hersoqovina) və OFK Titoqrad (Monteneqro) klublarında çıxış edib.

44 - Tezliklə