"Zirə" klubu fransalı futbolçularla müqavilə bağlayıb

Futbol
  • 12 iyul, 2018
  • 16:29
Zirə klubu fransalı futbolçularla müqavilə bağlayıb

Bakı. 12 iyul. REPORT.AZ/  “Zirə” klubu yeni futbolçularla anlaşıb.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bilal Hamdi və Dilan Duventru ilə müqavilə bağlanılıb. Hər iki oyunçu Fransa vətəndaşıdır. Onların sonuncu klubu Kipr təmsilçisi “Alki” olub. Futbolçularla 1+1 illik müqavilə bağlanılıb.

27 yaşlı Hamdi cinah hücumçusu, 29 yaşlı Duventru isə yarımmüdafiəçidir.