“Zirə” klubu daha 3 futbolçu ilə müqavilə müddətini uzadacaq
- 01 iyun, 2018
- 08:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 iyun. REPORT.AZ/ “Zirə” klubu daha 3 futbolçu ilə müqavilənin müddətini uzadacaq.
Bu barədə “Report”a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O bildirib ki, müdafiəçi Sadiq Quliyev, yarımmüdafiəçi Vüqar Mustafayevlə birillik müqavilə bağlanılacaq.
Həmçinin “Zirə” ilə ötən yay 1 + 1 şərti ilə müqavilə bağlayan Sadio Tounkara ilə də əməkdaşlıq davam ediriləcək. Malili orta xətt oyunçusu növbəti mövsümdə də qəsəbə təmsilçisinin formasını geyinəcək.
Sözləşməsinin müddəti başa çatan Riçard Qadzeyə də yeni müqavilə təklif olunacaq. Qanalı forvardla yaxın günlərdə danışıq aparılacaq.
Qeyd edək ki, mövsüm başa çatandan sonra 8 futboçusu ilə yollarını ayıran “Zirə” qapıçılar Anar Nəzirov və Kamal Bayramovla müqavilə müddətinin uzadılmasına dair razılıq əldə edib.