“Zirə” klubu 8 futbolçu ilə vidalaşıb - SİYAHI

Futbol
  • 30 may, 2018
  • 13:25
“Zirə” klubu 8 futbolçu ilə vidalaşıb - SİYAHI

Bakı. 30 may. REPORT.AZ/ “Zirə” klubu 8 futbolçu ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi  komanda ilə müqaviləsi başa çatan Milan Duriç, Yovan Krneta, Viktor İqbekoyi, Orxan Əliyev, Aleksandr Şemonayev ilə vidalaşıb. 

Bundan başqa icarə müddəti bitən Comal Uilyams, Yani Urdinov və Elşən Abdullayev də komandadan göndərilib.