"Zirə" - "Keşlə" oyununda qırmızı vərəqə alanlar açıqlandı

Futbol
  • 29 aprel, 2021
  • 21:57
Zirə - Keşlə oyununda qırmızı vərəqə alanlar açıqlandı

Azərbaycan Kubokunda "Zirə" və "Keşlə" komandaları arasında keçirilmiş yarımfinal mərhələsinin qalmaqallı cavab görüşünün protokolu açıqlanıb.

"Report"un məlumatına görə, baş hakim Elçin Məsiyev 11 futbolçuya və 1 məşqçiyə sarı vərəqə göstərib. Bu vərəqələrdən 7-si meydan sahiblərinin, 5-i qonaqların futbolçularına göstərilib. Sarı vərəqə alan məşqçi "Zirə"dən Hacı Əhmədov olub.

Bundan başqa yerli komandadan Lazar Corceviç 88-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa, Sərtan Taşkın isə oyundan sonra ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Həmçinin, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov və onun köməkçisi Eltun Yaqublu 90-cı dəqiqədə hakimin qərarına etiraz etmələri səbəbindən qırmızı vərəqə alıblar.

Qeyd edək ki, görüş "Keşlə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə" - "Keşlə" oyununda qırmızı vərəqə alanlar açıqlandı

44 filmi