"Zirə" Haiti yığmasının hücumçusunu transfer edib

Futbol
  • 15 iyun, 2017
  • 16:28
Zirə Haiti yığmasının hücumçusunu transfer edib
Courtesy İmage

Bakı. 15 iyun. REPORT.AZ/ “Zirə” klubu daha bir futbolçunu transfer edib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Haiti yığmasının hücumçusu Kervan Belforla “1+1” illik müqavilə imzalanıb.

Belfor karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra o, Fransa, İsveçrə, Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib. 25 yaşlı hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub.