"Zirə" Fransa və Mali yığmalarında çıxış etmiş futbolçunu baxışa dəvət edib

Futbol
  • 26 yanvar, 2018
  • 06:02
Zirə Fransa və Mali yığmalarında çıxış etmiş futbolçunu baxışa dəvət edib

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” futbol klubu Malinin gənclər yığmasında çıxış etmiş İbrahima Tandianı baxışa dəvət edib.

“Report”un məlumatına görə, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Fransada doğulub. Son olaraq, bu ölkənin Liqa 2-də “Tur”un formasın geyinmiş Tandia karyerası ərzində “Kan” və İspaniyanın “Alaves” klublarında da çıxış edib.

Tandia daha əvvəl Fransanın U-16 və U-17 yığmalarının da heyətində yer alıb.

Qeyd edək ki, “Zirə” qış fasiləsində İbrahim Aslanlı ("Qarabağ"), Elşən Abdullayev ("Qarabağ", icarə), Mirsahib Abbasov ("Keşlə", icarə) və Tellur Mütəllimovu ("Qəbələ") heyətinə qatıb.