"Zirə" Azərbaycan Kubokunda 25-ci qələbəsini qazanıb
Futbol
- 04 aprel, 2026
- 13:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Zirə" üçün əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gələn Bakı klubu turnirdə 25-ci qələbəsini qazanıb.
Paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada "25"ə çatıb. "Zirə" keçirdiyi matçların 58,14 faizində qalib gəlib. Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da "Zirə" Azərbaycan Kuboku tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.
Qeyd edək ki, "qartallar" kubokda ilk qələbəsini 2015/2016 mövsümünün 1/8 finalında - 2015-ci il dekabrın 2-də AZAL-a qarşı səfər görüşündə əldə edib – 2:1.
Son xəbərlər
10:36
Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"
ASK
10:31
Məcnun Məmmədov: "Məqsəd təkcə istehsalın artımı deyil, həm də resurslardan səmərəli istifadədir"
ASK
10:30
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
Digər
10:30
Foto
Xankəndidə II Azərbaycan-Özbəkistan Rektorlar Forumu keçirilir
Elm və təhsil
10:27
Prezident İlham Əliyev AQEM tribunasından beynəlxalq hüququn tətbiqində problemləri üzə çıxarıb – rəy
Xarici siyasət
10:25
Fariz İsmayılzadə: "Aqrar sektor üçün yüksək ixtisaslı kadrlar hazırlanacaq"
ASK
10:24
Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub
Futbol
10:21
Rəşad Məcid: 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub
Media
10:20
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Energetika