“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub
Futbol
- 21 aprel, 2025
- 09:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.
Öz meydanında “Sumqayıt”a 3:1 hesabı ilə qalib gələn Bakı klubunun ilk qolu Premyer Liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.
Ümumilikdə 352 qola sevinən “Zirə” evdə 193, səfərdə 159 dəfə fərqlənib. “Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadır.
Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi vurub.
Son xəbərlər
18:49
Video
Məhəmməd Salah Türkiyə Superliqasında sentyabrın ən yaxşı futbolçusu seçilib
Futbol
18:41
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Energetika
18:31
Foto
MDB nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Sosial müdafiə
18:29
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
Digər ölkələr
18:19
Video
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət
18:10
Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:58
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
Region
17:57
Parisdə tələbə etirazları başlayandan bəri 1 200-dən çox adam həbs edilib
Digər ölkələr
17:47
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
ASK