Zinəddin Zidanın oğlu yığmada unikal nailiyyətə imza atıb
Futbol
- 07 yanvar, 2026
- 09:31
Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın oğlu Luka Zidan Əlcəzair millisində unikal nailiyyətə imza atıb.
"Report"un "Stats Foot"a istinadən məlumatına görə, 27 yaşlı qapıçı Əlcəzair yığmasında meydana çıxdığı ilk üç matçda qol buraxmayan yeganə qolkiper olub.
Bu, komandanın Afrika Millətlər Kubokunun 1/8 finalında Konqo millisini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə reallaşıb.
Buna qədər Luka Zidan qrup mərhələsində Sudan (3:0) və Burkina-Faso (1:0) yığmaları ilə matçlarda da qapısını toxunulmaz saxlamışdı. III turda baş tutan Ekvatorial Qvineya (3:1) ilə matçda isə Əlcəzair yığmasının qapısını Antoni Mandrea qorumuşdu.
Qeyd edək ki, Əlcəzair millisi 1/4 finalda Nigeriya ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 10-da keçiriləcək.
Son xəbərlər
02:47
Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir
Digər ölkələr02:06
Polşa hökuməti vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Digər ölkələr01:43
Nepal həvəskar alpinistlərə Everestə çıxmağı qadağan edəcək
Digər ölkələr01:12
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
Digər ölkələr00:43
Mətbuat Rusiya, Ukrayna və ABŞ arasındakı danışıqlara buraxılmayacaq
Digər ölkələr00:20
Video
Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə00:14
Qaradağlı faciəsindən 34 il ötür
Daxili siyasət23:45
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
Futbol23:45