Zaqreb “Dinamo”su 5 futbolçusunu satır
Futbol
- 17 yanvar, 2023
- 08:53
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubu 5 futbolçusunu satmağa hazırlaşır.
“Report”un “vecernji.hr”ə istinadən məlumatına görə, Zaqreb təmsilçisi aparıcı oyunçuları üçün təkliflər alıb.
Qış fasiləsində Avropanın başqa klublarına transfer edilməsi ehtimalı yüksək göstərilənlər qapıçı Dominik Livakoviç, müdafiəçi Boşko Şutalo, yarımmüdafiəçilər Ariyan Ademi, Luka İvanuşets və hücumçu Bruno Petkoviçdir.
“Dinamo” rəhbərliyi adıçəkilən oyunçuları satarsa, boşluğu akademiyanın gəncləri ilə dolduracaq. Rəhbərlik transferlərə yüksək məbləğdə pul xərcləmək fikrində deyil.
Xüsusən də, Petkoviçin gedişi ilə komandada cəmi 2 hücumçu qalacaq və Mahir Emreli əsas heyət üzvünə çevriləcək.
Son xəbərlər
15:37
Şerzod Xocayev sentyabrda Azərbaycanla neft və neft məhsullarının tədarükünü müzakirə edəcək
Energetika15:36
Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün dövlət rüsumu müəyyənləşib
ASK15:35
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Daxili siyasət15:34
Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə minib
ASK15:23
"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Futbol15:23
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
İnfrastruktur15:22
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 330-u ötüb - YENİLƏNİB-4
Digər ölkələr15:22
Bakıda Tiflisə uçan sərnişində kokain aşkar edilib
Biznes15:21