"Yuventus"un futbolçusu qol vurduqdan sonra türkiyəli komanda yoldaşına əsgər salamı verib

Futbol
  • 26 noyabr, 2019
  • 20:58
Yuventusun futbolçusu qol vurduqdan sonra türkiyəli komanda yoldaşına əsgər salamı verib

İtaliyada "Yuventus" və İspaniya "Atletiko"su arasındakı Çempionlar Liqasının V tur matçında daha bir maraqlı olay yaşanıb.

"Report"un məlumatına görə, meydan sahiblərinin futbolçusu Paulo Dibala 45+2-ci dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib.

Argentinalı hücumçu ehtiyatda oturan türkiyəli komanda yoldaşı Merih Demiralı salamlayıb. Bu qolla "Yuventus" fasiləyə öndə çıxıb - 1:0.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da "ay-ulduzlular" Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.