"Yuventus"un futbolçusu Fabio Miretti "Beşiktaş"a keçə bilər

Futbol
  • 24 avqust, 2026
  • 14:40
Yuventusun futbolçusu Fabio Miretti Beşiktaşa keçə bilər

İtaliyanın "Yuventus" klubunun futbolçusu Fabio Miretti karyerasını Türkiyədə davam etdirə bilər.

"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Hazırda klublar arasında danışıqlar davam edir.

Xatırladaq ki, 2011-ci ildə "Yuventus"un aşağı yaş qruplarına cəlb edilən Fabio Miretti 2021-ci ildən əsas komandanın heyətində yer alır.