"Yuventus"un braziliyalı futbolçusu bir ay yaşıl medanlardan kənarda qalacaq

Futbol
  • 21 sentyabr, 2018
  • 15:23
Yuventusun braziliyalı futbolçusu bir ay yaşıl medanlardan kənarda qalacaq

Bakı. 21 sentyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kosta bir ay yaşıl meydanlardan uzaq qalacaq. 

"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi İtaliya klubunun Çempionlar Liqasının I turunda səfərdə İspaniya "Valensiya"sını 2:0 hesabı ilə məğlub etdiyi oyunda ombasından və ayaq biləyindən xəsarət alıb. 

Braziliyalı oyunçu sözügedən matçın 66-cı dəqiqəsində Miralem Pyaniçin əvəzinə meydana daxil olsa da, oyunun sonlarında zədələnib və yerini Daniel Ruqaniyə buraxıb. 

Qeyd edək ki, Duqlas Kosta İtaliya A Seriyasının IV turunda evdə "Sassuolo"nu 2:1 hesabı ilə məğlub etdikləri matçda rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürdüyünə görə 4 oyunluq cəzalandırılıb.