"Yuventus" "Everton"un futbolçusunu icarəyə götürməyi planlaşdırır
Futbol
- 27 yanvar, 2026
- 15:19
İtaliyanın "Yuventus" klubu "Everton"un (İngiltərə) hücumçusu Betunu heyətinə qatmaqda maraqlıdır.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı futbolçunu bu ay icarəyə götürməyi planlaşdırır.
Razılaşmaya mövsümün sonunda Qvineya-Bisau əsilli oyunçunun transfer hüquqlarını birdəfəlik almaq bəndi də daxil edilə bilər. Artıq vasitəçilər bu keçid üzərində işə başlayıblar. Betu ilə həmçinin Türkiyənin "Fənərbağça" klubu da yaxından maraqlanır və ötən həftə tərəflər arasında görüş keçirilib.
Qeyd edək ki, cari mövsümdə 26 matçda 3 qol vuran hücumçunun "Everton"la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
Son xəbərlər
11:28
Konqoda Eboladan 930 nəfər ölüb, 466 nəfər sağalıb
Digər ölkələr11:24
Kamran Əliyevin Özbəkistanın Baş prokuroru ilə təkbətək görüşü olub
Xarici siyasət11:24
Bakı–Naxçıvan aviareyslərində "mygov"la rəqəmsal qeydiyyata başlanılıb
İnfrastruktur11:24
Azərbaycan üzgüçüləri Kutaisi turnirini 33 medalla başa vurublar
Fərdi11:13
Qubada 44 yaşlı kişi su kanalında boğularaq ölüb
Hadisə11:13
Moskva vilayətində PUA hücumları səbəbindən 10 nəfər, o cümlədən Çin vətəndaşları yaralanıb
Region11:11
Bakıda 24 yaşlı gənc dənizdə boğulub
Hadisə11:08
Avrokuboklarda növbəti püşk atılır: "Qarabağ" "Fənərbağça"ya, "Neftçi" "Braqa"ya rəqib ola bilər
Futbol10:57
Foto