Yusif İmanov ölkə çempionatlarında 100-cü oyununu keçirib
Futbol
- 24 avqust, 2026
- 10:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"İmişli"nin qapıçısı Yusif İmanov Misli Premyer Liqasının II turunda "Zirə" ilə matçda (1:3) ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
"Report"un Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, qarşılaşmada buraxılan ikinci top qolkiperin qapısına vurulan 100-cü qol olub.
100 oyunda 101 top buraxan futbolçu 3 müxtəlif komandanın şərəfini qoruyub.
O, 2021/2022 mövsümündə debüt etdiyi "Sabah"da 80 çempionat görüşündə 75, "Kəpəz"də 18 matçda 23, "İmişli"də isə 2 qarşılaşmada 3 qol buraxıb.
Qeyd edək ki, Y.İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu, bu göstəriciyə çatan 39-cu qapıçı kimi düşüb.
Son xəbərlər
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye
09:21
Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib
Digər ölkələr
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol
09:10
Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə
08:41
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
Digər ölkələr
08:23
İstanbulda aramsız yağışdan yaranan seldə ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşənlər var
Region
07:47
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Digər ölkələr