Almaniya Futbol İttifaqı Yurgen Kloppun milliyə baş məşqçi təyin olunduğunu açıqlayıb - YENİLƏNİB
- 24 iyul, 2026
- 13:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Yurgen Klopp Almaniya millisinin baş məşqçisi vəzifəsinə təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorf mətbuat konfransında məlumat verib.
O, bu postdan daha əvvəl ayrılan Yulian Nagelsmanı əvəz edib. Nagelsmanın rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatında 1/16 finala yüksəlib və bu raundda Paraqvaya penaltilər seriyasında məğlub olub.
Daha əvvəl jurnalist Fabritsio Romano Kloppun Bundestimlə 2030-cu ilin iyulunadək müqavilə bağladığını bildirmişdi.
59 yaşlı mütəxəssisin son iş yeri İngiltərənin "Liverpul" komandası olub. O, 2015-2024-cü illərdə Mersisayd təmsilçisinə rəhbərlik edib. Kloppun başçılığı altında "Liverpul" 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub, 2020-ci ildə isə 30 illik fasilədən sonra İngiltərə çempionluğunu qazanıb.
Almaniyalı mütəxəssis Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub.
"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, 58 yaşlı mütəxəssis Almaniya Futbol İttifaqı ilə 2030-cu ilin iyuluna qədər nəzərdə tutulan müqavilə imzalayıb. Rəsmi açıqlama və təqdimat mərasiminin bu gün keçiriləcəyi gözlənilir.
"Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi kimi müqavilə imzalayıb. Bu gün rəsmi təsdiq və təqdimat olacaq. Heç bir şübhə yoxdur, o, 2030-cu ilin iyulunadək komandaya rəhbərlik edəcək", – deyə Romano bildirib.
Xatırladaq ki, Almaniya millisi 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırmışdı. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə rəqib 4:3 hesabı ilə üstün olmuşdu.
Qeyd edək ki, Almaniya millisinin əvvəlki baş məşqçisi Yulian Nagelsman idi.