Xorxe Sampaoli: "Qarabağ" oynamağa imkan vermədi"
Futbol
- 17 fevral, 2022
- 22:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bizim üçün çətin oldu, çünki "Qarabağ" oynamağa imkan vermədi"
"Report"un məlumatına görə, bunu "Marsel"in baş məşqçisi Xorxe Sampaoli Fransada "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Argentinalı mütəxəssis ilk hissənin ağır keçdiyini, ikinci yarıda isə ümumiyyətlə oynaya bilmədiklərini söyləyib: "Kollektiv şəkildə zəif oynadıq. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. Çünki qarşıda vacib oyunlarımız var".
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda oynanılacaq.
Son xəbərlər
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanı aradan qaldırmaq müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol
22:43
Fransadakı iğtişaşlara görə minə yaxın şəxs saxlanılıb
Digər ölkələr
22:35
Foto
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - Yenilənib-2
Futbol