Xorvatiya - İngiltərə matçının ən yaxşı futbolçusu xəstəxanaya çatdırılıb
Futbol
- 12 iyul, 2018
- 13:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 iyul. REPORT.AZ/ Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç İngiltərə yığması ilə dünya çempionatının yarımfinal oyunundan sonra xəstəxanaya çatdırılıb.
"Report" "RenTV"yə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu diz oynağını müayinə etdirib. Müayinənin nəticələri məlum deyil. O, qol və məhsuldar ötürmə müəllifi olduğu oyunda həm də zədə alıb. Eyni zamanda Perişiç matçın ən yaxşı futbolçusu seçilib.
İngiltərə ilə qarşılaşmanın əsas vaxtında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda isə Xorvatiya daha bir qol vuraraq adını finala yazdırıb. İyulun 15-də keçiriləcək həlledici görüşdə rəqib Fransa olacaq.
Son xəbərlər
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr
01:22
Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb
Digər ölkələr
00:54
Rusiya səfiri: Moskva Yerevanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazırdır
Region
00:30
Foto
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə