​"Xəzər Lənkəran" klubunun futbolçusu əməliyyat olunacaq

Futbol
  • 04 noyabr, 2015
  • 09:25
​Xəzər Lənkəran klubunun futbolçusu əməliyyat olunacaq

Bakı. 4 noyabr. RPEORT.AZ/ "Xəzər Lənkəran" klubunun futbolçusu Adrian Skarlatake əməliyyat olunacaq. "Report"un məlumatına görə, Azərbaycan Premyer Liqasının son turunda "Rəvan"la keçirilən matçın 19-cu dəqiqəsində zədələnərək meydanı tərk edən rumıniyalı futbolçuya müayinədən sonra "sol ayağın diz nahiyəsinin arxa bağlarının qopması" diaqnozu qoyulub.

29 yaşlı müdafiəçi 2 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq. Lakin futbolçunun nə vaxt və harada əməliyyat olunacağı bilinmir.

Lənkəran klubundakı digər zədəli futbolçu Rasim Ramaldanov isə zədəsini sağaldıb. O, sabahdan fərdi məşqlərə başlayacaq.