"Xankəndi"nin baş məşqçisi: "Difai"yə mövqe səhvlərindən qollar buraxaraq uduzduq"
- 29 oktyabr, 2025
- 17:11
"Xankəndi" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Difai"yə (1:2) mövqe səhvlərindən qollar buraxaraq uduzub.
Bunu "Report"a "Xankəndi" klubunun baş məşqçisi İbrahim Uzunca deyib.
O, Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Difai" ilə matçı dəyərləndirib:
"Yüksək səviyyəli oyun oldu. İlk hissə bizim üstünlüyümüzlə keçdi. İkinci hissədə rəqib bir qədər riskə getdi və təzyiqi artırdı. Mövqe səhvlərimizdən iki qol buraxdıq, sonda 1:2 hesabı ilə məğlub olduq. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Rəqibi təbrik edirəm və qarşıdakı matçlarda uğurlar arzulayıram. "Şəmkir"lə növbəti matça köklənəcəyik. Hədəfimiz çempionluqdur. "Xankəndi"ni layiq olduğu liqaya yüksəltmək istəyirik. Hədəfə böyük mübarizə, özünəinam, fədakarlıq sayəsində çatacağımıza inanıram. Oyunçuları bugünkü mübarizəyə görə təbrik edirəm".