"Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib

Futbol
  • 06 sentyabr, 2026
  • 13:03
Xankəndi klubunda məşqçi təyinatı gerçəkləşib

Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında məşqçi təyinatı gerçəkləşib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

UEFA B kateqoriyalı məşqçi Ruzi Qiyaslı bölgə təmsilçisində qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Mütəxəssislə 1 illik müqavilə imzalanıb.