“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinalına vəsiqə qazanıb

Futbol
  • 08 may, 2025
  • 17:01
“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinalına vəsiqə qazanıb

“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, bu, 1/4 finalın "Çinar Zəngilan"la cavab matçından (3:0) sonra reallaşıb.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan "Xankəndi" iki oyunun nəticəsinə görə yarımfinalda mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, Region Liqasının yarımfinal matçları növbəti həftə baş tutacaq.

44 filmi