Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər

Futbol
  • 09 sentyabr, 2026
  • 14:13
Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər

İspaniyanın "Real" və Almaniyanın "Bavariya" (Münhen) klublarının sabiq yarımmüdafiəçisi Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, B Seriyası təmsilçisi "Avellino" 35 yaşlı kolumbiyalı yarımmüdafiəçiyə 1 illik sözləşmə təklif edib.

Komanda A Seriyasına yüksələcəyi təqdirdə müqavilənin müddətinin uzadılması şərti nəzərdə tutulub. Klubla təcrübəli futbolçu arasında ilkin danışıqlar zamanı müsbət nəticə əldə olunub.

Hazırda azad agent statusunda olan Xames Rodriges iyulda ABŞ-nin "Minesota Yunayted" klubundan ayrılıb.