"World Masters”: Azərbaycan iki medalla 8-ci oldu
Futbol
- 13 yanvar, 2021
- 19:55
Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə "World Masters” turniri başa çatıb.
"Report"un məlumatına görə, 3 gün davam edən yarışda ümumilikdə 398 idmançı iştirak edib. Bunların 215-i kişi, 183-ü isə qadın cüdoçular olub.
"World Masters”də 7 idmançı ilə təmsil olunan Azərbaycan turniri 2 gümüş medalla başa vurub. Kişilərdən Zelim Kotsoyev (100 kq), qadınlardan isə İrina Kindzerska (78+) fəxri kürsüyə çıxıblar.
Azərbaycan medal sayına görə 69 ölkə arasında 8-ci yeri tutub. İlk pillədə 7 medalla (5 qızıl, 1 gümüş, 1 bürünc) Fransa qərarlaşıb. 3 qızıl medal qazanan Cənubi Koreya ikinci, 2 qızıl, 5 gümüş medal əldə edən Yaponiya isə üçüncü olub.
Son xəbərlər
19:45
Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb
Komanda19:42
"Al Jazeera": ABŞ və İran hələ ki danışıqlar aparmır
Digər ölkələr19:34
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
Region19:21
Elxan Mütəllimov DOST Agentliyində departament müdiri təyin edilib
Daxili siyasət19:16
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib
Biznes19:12
"CBS News": ABŞ-nin MKİ rəhbəri Moskvada səfərdədir
Digər ölkələr19:04
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib
Digər ölkələr18:48
Niderlandlı futbolçu Ernest Poku "Beşiktaş"a keçir
Futbol18:40