Vladimir İviç: "Zirə" ilə cavab oyununa yaxşı hazırlaşmamışdıq"

Futbol
  • 28 iyul, 2022
  • 19:47
Vladimir İviç: Zirə ilə cavab oyununa yaxşı hazırlaşmamışdıq

"Düşünürəm ki, kifayət qədər yaxşı oynamadıq. Özümüzü inkişaf etdirməliyik. Burada problemlərimizi təhlil etməyəcəyəm. Bunu futbolçularla öz aramızda danışacağıq".

"Report"un məlumatına görə, bunu İsrailin "Makkabi" (Təl-Əviv) klubunun baş məşqçisi Vladimir İviç evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı serbiyalı mütəxəssis matça yaxşı hazırlaşmadıqlarını bildirib: "Oyunçularım sanki meydanda deyildilər. İlk görüşdəki qələbənin təsiri hiss olunurdu. Hələ yaxşılaşdıracağımız çox şey var".

44 filmi