Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
- 26 iyun, 2026
- 09:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə yığmasının baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın qrup mərhələsinin III turunda ABŞ üzərində 3:2 hesablı qələbəni vacib hesab edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu oyundan sonra mətbuat konfransında deyib.
O, oyuna yaxşı hazırlaşdıqlarını deyib:
"90+8-ci dəqiqədə Kaan Ayhanın sevinci hamımızın sevinci idi. Bu, matça necə hazırlaşdığımızı göstərir. Yığmamız bunu haqq etmir. Həm komanda, həm də federasiya prezidenti İbrahim Hacıosmanoğlu üçün çox yaxşı oldu. Hər kəs kimi mən də duyğusallaşdım. Bu qələbəni qazanmaq çox vacib idi, çünki qürurumuz üçün oynadıq. Bacardıq və xoşbəxtik".
V.Montella heyətdəki hər bir oyunçuya güvəndiyini bildirib:
"Əslində buna çox inanıram; kimi dəvət etmişiksə, oynaya biləcək vəziyyətdədir. 1-ci dəqiqədən sonra qol buraxdıq. Nə etdiyini bilən bir komanda olmasaydıq, geridönüş edə bilməzdik. Bunu hər kəsə göstərdik. İlk 2 oyunda da bu ruhu nümayiş etdirdik, lakin futbolda bəzən belə şeylər baş vermir. Futbolçularımın heç bir zaman bu qədər spesifik hücumları haqq etdiyini düşünmürəm. Ona görə də bu qələbəni qazandıqları üçün xoşbəxt oldum".