Vaqif Cavadov AZAL-la mövsümün sonunadək anlaşıb

Futbol
  • 09 fevral, 2017
  • 16:34
Vaqif Cavadov AZAL-la mövsümün sonunadək anlaşıb

Bakı. 9 fevral. REPORT.AZ Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov özünə yeni komanda tapıb.

"Report"un məlumatına görə, 28 yaşlı hücumçu Premyer Liqanın autsayderi AZAL-la mövsümün sonunadək anlaşıb. Onunla rəsmi müqavilə sabah imzalanacaq.

Qeyd edək ki, Vaqif Cavadov qış fasiləsində "Sumqayıt"dan ayrıldıqdan sonra klubsuz idi.

44 - Tezliklə