Uruqvaylı futbolçu Messinin tarixi rekordunu üstələdi
Futbol
- 09 oktyabr, 2020
- 00:48

DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsinin Çili yığmasına qarşı 1-ci turunun matçında hesabı açmış Uruqvay yığmasının 33 yaşlı hücumçusu Luis Suares statistik nailiyyət qazanıb.
"Report" xəbər verir ki, Luis Suares özünün 22-ci qolunu vurmaqla Cənubi Amerikanın dünya çempionatına seçmə matçlarının bütün tarixi ərzində ən yaxşı bombardir olub.
O, Argentina yığmasının hücumçusu Lionel Messini bu göstəricisi üzrə qabaqlayıb. Argentinalı futbolçunun aktivində 21 qol var.
Messi və Suares 2014-cü ildən 2020-ci ilə qədər "Barselona"nın heyətində oynayıblar. 33 yaşlı uruqvaylı hücumçu cari transferlə Madrid "Atletiko"suna keçib. O, keçmiş mövsümdə klub səviyyəsində bütün yarışlarda 36 matç keçirib, 21 qol vurub və 10 məhsuldar ötürmə edib.
Son xəbərlər
17:08
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçirilir
Digər17:06
Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var
Hadisə17:01
Türkiyəli futbolçu oyunun iştirak ərizəsinə salınmadığı üçün millinin düşərgəsini tərk edib
Futbol16:50
Foto
Naxçıvanda avtomobillər toqquşub, ana və övladı xəsarət alıb
Hadisə16:37
Netanyahu: İsrail Qəzzadan olan bütün girovları dərhal qəbul etməyə hazırdır
Digər ölkələr16:27
Azərbaycan XİN İspaniyanı təbrik edib
Xarici siyasət16:25
Zelenski Makronla əlavə silah tədarükü məsələsini müzakirə edib
Digər ölkələr16:15
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi16:01